Argentina radiosunda Azərbaycanın antiterror tədbirləri ilə bağlı müzakirə aparılıb – VİDEO

Siyasət


Argentina radiosunda Azərbaycanın antiterror tədbirləri ilə bağlı müzakirə aparılıb.

Qafqaz – İberoamerika Düşüncə Mərkəzinin sədri, Mahir Qurbanov Argentinanın “Mar del Plata” radiosunda Azərbaycanın antiterror tədbirləri ilə bağlı fikirlərini bildirib.

Mahir Qurbanov qeyd edib ki, Azərbaycanın antiterror tədbiri keçirməsi vacib və zaman məsələsi idi. Mütəmadi olaraq baş verən təxribatlar azərbaycanlı hərbçilərin və işğaldan azad edilmiş ərazilərin bərpası ilə məşğul olan mülki şəxslərin həlak olmasına səbəb olurdu.

Qanunsuz erməni hərbi birləşmələri regionda sülhün və sabitliyin bərqərar olmasında əsas maneə idi. Həmin hərbi birləşmələr həm Qarabağ bölgəsindəki erməni əhalini, həm də bütün Azərbaycanı təhdid edirdi.

Uğurlu antiterror tədbirləri və azad olunmuş ərazilərdə reinteqrasiya prosesi separatçılıq və suverenitetə təcavüzlə mübarizədə çox vacib idi.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir