Şimali Kipr prezidenti Qarabağda antiterror tədbirlərini dəstəklədi

HƏRBİ


Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpası və sırf hərbi ünsürlərin hədəf alınması məqsədi ilə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirlərini dəstəkləyib.

resmixeber.az-ın məlumatına görə, bu barədə Şimali Kiprin Prezident Administrasiyası məlumat yayıb.

E.Tatar İrəvanı 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan Üçtərəfli Bəyanatın müddəalarına əməl etməyə çağırıb:

“Ermənistan silahlı birləşmələrinin 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirməsi regional sülh və sabitliyə ciddi təhlükə yaradır”.

O bildirib ki, dost və qardaş ölkə Azərbaycanın Üçtərəfli Bəyanatın müddəalarının təmin edilməsi, Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı birləşmələrinin tərk-silah edilməsi və ölkə ərazisindən çıxarılması, ermənilərin hərbi infrastrukturunun zərərsizləşdirilməsi, Azərbaycanın işğaldan azad olunan ərazilərinə geri qayıdan mülki əhalinin təhlükəsizliyinin təmin olunması, Qarabağda Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə başlatdığı və sırf hərbi ünsürlərin hədəf alınması məqsədi ilə həyata keçirdiyi antiterror tədbirlərini dəstəkləyirlər.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında dediyi kimi, Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!

Azərbaycan Prezidenti İlham Əliyevin timsalında Azərbaycandakı bütün qardaşlarımızın haqlı mübarizəsini hər zaman olduğu kimi dəstəkləyir və regionda sülh, təhlükəsizlik, firavanlıq və daimi sabitliyin bərqərar olması üçün Ermənistanı Üçtərəfli Bəyanatın müddəalarına əməl etməyə çağırıram”, – deyə Ersin Tatar sözlərini yekunlaşdırıb.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir