Masazırda onmərtəbəli yaşayış binasında yanğın olub, səkkiz nəfər təxliyə edilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Abşeron rayonunun Masazır qəsəbəsində onmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan iki otaqlı mənzilin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Qonşu mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.RESMIXEBER.az