Xocavənddəki terrorda həlak olanlara şəhidlik statusu veriləcək? – AÇIQLAMA

Cəmiyyət


Bu gün səhər saat 4 radələrində yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci km-də baş verən hadisədə həlak olanlara şəhidlik statusunun verilməsi məsələsinə baxılacaq.

Bu barədə resmixeber.az-ın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov məlumat verib.

O bildirib ki, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”nin (AAYDA) və  “Azərenerji” ASC-nin həlak olan əməkdaşları mülki şəxs olduqları üçün onlara şəhidlik statusunun verilməsi məsələsinə qeydiyyatda olduqları yerli icra hakimiyyəti orqanları tərəfindən baxılacaq”.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir