Sakit Okeanda kiçik bir ada dövləti olan Tuvalu hətta fiziki olaraq yoxa çıxdıqdan sonra belə öz varlığını davam etdirəcək. Müvafiq müddəa ölkə konstitusiyasına daxil edilmişdir.
“Tuvalu dövləti iqlim dəyişikliyinin nəticələrinə və ərazisinin itirilməsinə səbəb olacaq digər hallara baxmayaraq, həmişə mövcud olacaq”, – deyə sənəddə qeyd olunub.
“Bu addım ölkəni gələcəyə hazırlamağın bir hissəsidir, çünki o, fiziki bir varlıqdan daha artıqdır”, – deyə Tuvaluanın keçmiş xarici işlər naziri Saymon Kofe bildirib.
Siyasətçi qeyd edib ki, beləliklə onun vətəni həmçinin mədəniyyəti, tarixi və xalqın ruhunu özündə birləşdirir.
Mənbə: life.ru
www.RESMIXEBER.az