Aİ Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təqdim edəcək

Dünya


Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini oktyabrda təqdim edəcək.

Məlumata görə, yeni paketə Rusiyadan almazların, mayeləşdirilmiş təbii qazın idxalına qadağa, eləcə də Rusiyanın İT sektoruna məhdudiyyətlər daxil ola bilər.

Bundan əlavə, yeni paket çərçivəsində Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən Ukraynaya kömək üçün istifadə planı təqdim oluna bilər.

Bəzi ölkələr, o cümlədən Polşa və Baltikyanı ölkələr Rusiyanın nüvə sektorunu məhdudlaşdırmağa çağırırlar. Hərçənd, belə məhdudiyyətlərin tətbiq olunacağı ehtimalı azdır, çünki Aİ-yə üzv olan dövlətlərin çoxu onlara qarşı çıxır.

Bundan əlavə, yeni sanksiyalar paketi, ehtimal ki, üçüncü ölkələr vasitəsilə sanksiyalardan yayınmağı məhdudlaşdırmaq üçün əlavə addımları əhatə edəcək.

Mənbə: meduza.io

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir