Qərbi Azərbaycan Xronikası: Naxışlarla qədimdən müasir dövrümüzə ötürülən məktublar – VİDEO

Mədəniyyət


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Qərbi Azərbaycan ilmələri” adlı növbəti veriliş efirə gedib.

Veriliş Qaraqoyunlu mahalının Haqqıxlı kəndinin sənətkarlıq nümunələrinə həsr olunub.

Ekran işində qədim mədəniyyəti olan Qaraqoyunlu mahalından, o cümlədən Haqqıxlı kəndinin tarixindən danışılıb.

Ekran işində Haqqıxlı kəndinin xalçaları haqqında da məlumat verilib. Qeyd olunub ki, bu tarixi yaşayış məntəqəmizin sakinləri Haqqıxlı xalçaçılıq məntəqəsi kimi öz dəsti-xətlərini yarada biliblər.

Verilişdə qədim inancların, Haqqıxlı xalçasının üstündəki qurd ağzının əsl mənasından, qurdun çənəsini suda saxlayıb, o suyu içmək adətindən, üzərində Tenqriçilik rəmzləri olan xalçalardan, naxışlarla qədimdən müasir dövrümüzə ötürülən məktublardan, xalça üzərində Göytürk yazısının oxunuşundan geniş söhbət açılıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir