İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşdırılması üçün dördtərəfli mexanizm çərçivəsində Moskvada keçirilən danışıqlarda Moskva və Tehranın Dəməşq və Ankara arasında təhlükəsizliyin təminatçısı kimi çıxış etməsini təklif edib.
O, bunu İranın ərəbdilli “Əl-Vəfaq” qəzetinə müsahibəsində bildirib.
“Lakin bu, iki dəyişənli tənlikdir”, – İran Xarici İşlər Nazirliyinin rəhbəri deyib. Onun sözlərinə görə, Türkiyə Suriya ilə sərhəddəki vəziyyətdən, eləcə də ərazidə yerləşən qrupların təhlükəsizlik təhdidlərindən narahatdır.
“Türkiyə düzgün sualı qaldırıb”, – deyə nazir əlavə edib.
www.RESMIXEBER.az