Bakıda ofis binasında yanğın olub

Cəmiyyət


Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 kvadratmetr olan üçmərtəbəli binanın (ofis kimi fəaliyyət göstərir) 3-cü mərtəbəsində sahəsi 60 kvadratmetr olan konfrans zalının yanar konstruksiyaları, içərisində olan iki ədəd kondisioner, bir ədəd səs gücləndirici qurğu və bir ədəd mikrofon yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, yüksək temperaturdan dəhlizin tavanı beş kvadratmetr sahədə və bir ədəd kondisioner qarsalanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir