Artıq Ankarada polislərin xidməti avtomobilləri “Togg” oldu – VİDEO

Dünya


Türkiyənin paytaxtı Ankarada ölkənin ilk yerli və milli avtomobili olan “Togg” polislərin xidməti istifadəsinə verilib.

Ankaranın mərkəzi hissələrində görünən avtomobillər vətəndaşların böyük marağına səbəb olub.

Məlumat üçün qeyd edək ki, “Togg” elektrikli avtomobillərinin silsilə istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. 2023-cü ilin mart ayında avtomobil satışa çıxarılıb. 2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək bir milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.

Mənbə: İHA

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir