Biləsuvarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

Kriminal


Biləsuvar rayonu ərazisində hərəkətdə olan “Khazar LX” markalı avtomobilin sürücüsü manevretmə qaydasını pozduğu üçün Biləsuvar Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsi saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, həmin avtomobil saxlanıldıqdan sonra sükan arxasında olan Biləsuvar rayon sakini Nihad Nəzərlinin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı müəyyən edilib. Bundan əlavə, həmin şəxsin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən, N.Nəzərlinin nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib və o, 15 gün müddətində inzibati qaydada həbs edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir