Bakıda məktəbin qarşısında gənc oğlan bıçaqlanıb

Cəmiyyət


Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 90 nömrəli tam orta məktəbin qarşısında 1992-ci il təvəllüdlü İsmayıl Nəriman oğlu Əsgərov qəfil naməlum şəxsin hücumuna məruz qalıb.

Həmin şəxs İsmayıl Əsgərova bıçaq zərbəsi endirərək ərazidən qaçıb.

Yaralı ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb.

O, cərrahi əməliyyat edilib. Vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir