Baku TV Sentyabr döyüşlərində qəhrəmancasına şəhid olan əsgər Bəxtiyar Muradovun ailəsini ziyarət edib.
Şəhidin anası Yeganə Muradova övladının şəhidlik xəbərini almasından danışıb:
“Həyət insanlarla doldu. Məni aldatdılar, dedilər, yaralanıb. Gecə saat üç idi, qaynımdan soruşdum, dedi ki, Bəxtiyar şəhid olub”.
Y.Muradovanın sözlərinə görə, yeganə övladının toyunu etməyi arzulayırmış:
“Həmişə deyirdim ki, onun bəy otağı olacaq. Oğlumun bəy otağını şəhid otağı etdim”.
Ətraflı videonu təqdim edirik:
www.102info.az