Braziliya son dəqiqədə sevindi, Argentinadan böyükhesablı qələbə – VİDEO

Dünya


Braziliya və Argentina milli komandaları 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçiriblər.

resmixeber.az xəbər verir ki, son dünya çempionu olan “gümüşülər” Perunun qonağı olublar. Qarşılaşma Argentinanın böyükhesablı qələbəsi ilə başa çatıb – 0:3.  Qolları 31-ci dəqiqədə Entso Fernandes, 42-ci dəqiqədə Nikolas Talyafiko və 83-cü dəqiqədə Nikolas Qonsales vurublar.

Braziliya isə rəqib meydanında Perunu minimal hesabla üstələyib – 1:0. “Sambaçılar”ın qələbə qolunu 90-cı dəqiqədə Markinyoş vurub.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir