“BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən qətnamələrini xatırlatmaq istərdik və Ermənistanı ona hərtərəfli hörmət etməyə çağırırıq”.
“resmixeber.az”un ABŞ bürosu xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında “resmixeber.az”un müxbirinin Azərbaycan ərazisində erməni separatçıların keçirdiyi qondarma “seçki” ilə bağlı sualını cavablandırarkən deyib.
Sözçü əlavə edib ki, BMT baş katibi Ermənistanı və Azərbaycanı regionda sülh və təhlükəsizliyin rifahı naminə münasibətlərin uzunmüddətli normallaşması istiqamətində səyləri gücləndirməyə çağırır.
www.RESMIXEBER.az