“Qaçqınkom” Qarabağa köçən neçə ailədən evi geri alıb? – FOTO

Siyasət


Azərbaycan 44 gün davam edən Vətən müharibəsi nəticəsində öz doğma torpaqlarına qovuşdu.

Torpaqlarımız erməni işğalından azad ediləndən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qarabağda quruculuq işlərinə start verildi.

Artıq erməni vandallığına məruz qalan şəhər, qəsəbə və kəndlərimiz yenidən inşa edilir və əhalimizin biri hissəsi doğma yurdlarına köç ediblər.

Bəs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) tərəfindən evlə təmin edilən və işğaldan azad edilən ərazilərə köçürülənlərdən neçə mənzil təhvil alınıb? Alınan evlərə köçürülmə olubmu? Kimlər köçürülüblər?

Məsələ barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq.

Komitədən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, köçürülənlərin 90 faizi yataqxana, sanatoriya, pioner düşərgələrində və daha ağır vəziyyətdə yaşayanlar olub:

“Qəsəbələrdən 39 mənzildən köçürülən olub və onlardan mənzillər təhvil alınıb. Həmin evlər şəhid ailələrinə, müharibə veteranlarına və daha ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə təhvil verilib”.

Qurumdan əlavə edilib ki, gözləmədə olanlar isə məlum deyil:

“Ölkədə bir milyon məcburi köçkün var. İlk növbədə ən ağır vəziyyətdə yaşayan (yataqxana, sanatoriya, pioner düşərgəsi və digər inzibati binalarda məskunlaşan) məcburi köçkün ailələri köçürüləcək”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir