Bu gün Türkiyə və Gürcüstan arasında siyasi məsləhətləşmələr keçiriləcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Məlumata görə, siyasi məsləhətləşmələr sentyabrın 12-də İstanbulda Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin müavinləri Burak Akçapar və Laşa Darsaliyanın başçılıq etdiyi nümayəndə heyətləri arasında baş tutacaq.
Mənbə: İHA
www.RESMIXEBER.az