Vətəndaşların NƏZƏRİNƏ: Dələduz telefon mağazası sahibinin adından nömrə satır – VİDEO

Cəmiyyət


Paytaxtın mərkəzi küçələrindən birində faəliyyət göstərən telefon mağazasının sahibi 1 ilə yaxındır sosial şəbəkələrdə dələduzluq edən şəxsin oyununa tuş gəlib.

Xezerxeber.az xəbər verir ki, həmin şəxs bahalı nömrələri internet üzərindən satdığını bildirərək vətəndaşdan beh alır. Sonra isə mağazaya yaxınlaşıb nömrəni götürməsini bildirir.

Müştəri mağazaya gəldikdə isə aldadıldığını öyrənir.

Mağaza sahibi Səttar Məmmədov bildirib ki, gün ərzində 10-15 nəfər mağazaya yaxınlaşaraq beh verdiklərini deyirlər.

Səttar Məmmədov qeyd edib ki, üzləşdiyi problemlə bağlı 11 aydır aidiyyəti qurumlara müraciət edir, lakin, nəticə yoxdur.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, bu, ilk belə hal deyil və araşdırılır.

Qeyd edək ki, dələduzluq edən şəxs mağaza sahibindən bunu etməməsi müqabilində aylıq 300 manat da tələb edib.

Ətraflı süjetdə:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir