Ərdoğan Putinlə Afrika ölkələrinə yardımın artırılmasını müzakirə etmək istəyir

Dünya


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə rusiyalı həmkarı Vladimir Putinlə yoxsul Afrika ölkələrinə ərzaq tədarükünün artırılması perspektivini müzakirə etməyi gözlədiyini bildirib.

Türkiyə prezidenti həmçinin Qərbi taxıl müqaviləsi çərçivəsində Rusiyaya verilən vədləri yerinə yetirməyə çağırıb. O əlavə edib ki, Rusiyanın taxıl müqaviləsi ilə bağlı tələbləri aşkardır.

“Rusiyanın reallaşdırılmamış hesab etdiyi bir sıra məsələlər var. Onlar (Moskva) bu dəhlizlə göndəriləcək taxılın pulunu almaq üçün ödəniş mexanizminin yaradılmasını, gəmilərinin sığortalanmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını istəyirlər. Biz bu problemləri həll etməyə və nəticə əldə etməyə çalışırıq”, – deyə Ərdoğan bildirib.

Mənbə: TRT Haber

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir