XİN: “Ermənistanın hərəkətlərinin açıq şəkildə pislənməsini gözləyirik” – FOTO

Siyasət


“Ermənistanın düşünülmüş hərəkətlərinin açıq şəkildə pislənməsini gözləyirik”.

Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəhbəri Ayxan Hacızadə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Ağdamda erməni silahlı birləşmələrinin diversiya qrupunun yerləşdirdiyi minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb.

2020-ci ildə müharibənin başa çatmasından bu günə kimi 306 azərbaycanlı mina və partlamamış hərbi sursatların qurbanı olub.

Biz bu cür düşünülmüş hərəkətlərin açıq şəkildə pislənməsini gözləyirik”, – XİN rəsmisi qeyd edib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir