XİN: “Ermənistanın qeyri-səmimi davranışı öncədən əldə edilmiş bütün qarşılıqlı razılaşmalara zərbə vurur”

Siyasət


“Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və ya Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) kimi müxtəlif beynəlxalq aktorlar vasitəsilə aparılan bütün qarşılıqlı təmaslar zamanı Ermənistanın real danışıqlardan yayındığı, qeyri-səmimi davranış sərgilədiyi və öncədən əldə edilmiş bütün razılaşmalar və qarşılıqlı anlaşmalara zərbə vurduğu diqqətə çatdırılmalıdır”.

resmixeber.az xəbər verir ki, bu barədə sentyabrın 8-də Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun iştirakı ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə bildirilib.

Qeyd edilib ki, Ermənistanın məqsədi Azərbaycan ərazisində separatizmi bütün mümkün ideoloji, siyasi, hərbi, maliyyə və digər vasitələrlə qoruyub saxlamaqdan ibarətdir. Bu məqsədlə, Ermənistan vaxt qazanmağa çalışır və danışıqların bütün istiqamətləri üzrə irəliləyişi təmin edə biləcək real addımlardan yayınır.

Belə ki, erməni sakinlərin ehtiyaclarını ödəmək üçün Qarabağ bölgəsinə malların çatdırılması ilə bağlı yaranmış vəziyyət bunun bariz nümunəsidir. Müxtəlif üçüncü tərəflər vasitəsilə aparılan danışıqların xronologiyası bir şeyi, yəni Ermənistanın danışıqlar masasında həll yolları tapmaqda maraqlı olmadığını sübut edir, deyə vurğulanıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir