Bakıda gənc sürücü yol-nəqliyyat hadisəsində xəsarət alıb

Cəmiyyət


Bakıda 18 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 2005-ci il təvəllüdlü Əli Anar oğlu Abdullazadənin idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan Ə.Abdullazadə təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir