Makron Bakıya səfər edəcək? – Nazirlikdən AÇIQLAMA

Dünya


Fransa səfirliyi bu həftə Prezident Emmanuel Makronun Azərbaycana səfəri ilə bağlı xəbərləri şayiə adlandırıb.

Bu barədə  Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Daha əvvəl, “Alpha News” öz mənbələrinə istinadən xəbər yayıb ki, E.Makron həftəsonu Ermənistan və Azərbaycana səfər edə bilər və guya səfər sentyabrın 9-10-na planlaşdırılıb.

“İrəvandan sonra Fransa dövlət başçısının Bakıya səfər edəcəyi barədə də məlumat var”, – deyə “Alpha News” iddia edib.

Banqladeş Xarici İşlər Nazirliyinin məlumatına görə, E.Makronun sentyabrın 10-da bu ölkəyə səfəri planlaşdırılır. Fransa prezidenti Banqladeşə səfərindən əvvəl G20 sammitində iştirak etmək üçün Hindistana yollanacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir