“Android”in yeni loqosu təqdim olundu – FOTO

Dünya


“Android” mobil əməliyyat sistemi dörd il ərzində ilk dəfə öz loqotipini yeniləyib. Yeni şəkil və onun təsviri rəsmi “Google” saytında təqdim olunub.

Yeni loqo əvvəlki versiyadan “Android” sözünün yazılışı ilə fərqlənir. Əvvəllər bu ad kiçik “a” hərfi ilə başlayırdı, indi isə böyük “A” hərfindən istifadə olunur. Əməliyyat sisteminin maskotu olan robotun imici də dəyişib. O, üçölçülü olub.

“Google” şirkətinin brend meneceri Ceyson Furnyenin sözlərinə görə, yeni dizayn cihazlar və proqramlar arasında əlaqəni daha yaxşı çatdırır. Yeniləmə həmçinin açıqlığı, interaktivliyi və inklüzivliyi əks etdirir. Yeni loqo insanları bəyəndikləri bir şey yaratmağa təşviq edir.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir