Bakıda iki nəfər dörd kiloqram narkotiklə ələ keçdi – VİDEO

Kriminal


Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı həyata keçirdikləri əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Ceyhun Hüseynov və 1979-cu il təvəllüdlü Zakir Əhmədov saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onlardan dörd kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

İdarə əməkdaşlarının avqust ayında həyata keçirdikləri digər əməliyyatlar zamanı isə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 55, satışının təşkil edilməsi ilə bağlı doqquz fakt aşkar edilib.

Qeyd edilən hallarla bağlı 61 nəfər saxlanılaraq barələrində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin şəxslərdən səkkiz kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir