Jerar Şenel: “Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana dəstək göstərilməlidir”

HƏRBİ


“İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və bundan əziyyət çəkən insanların müalicəsi üçün Azərbaycana dəstək göstərilməlidir”.

Bu fikirləri Fransanın Piyada əleyhinə minaların təmizlənməsi üzrə Milli Komissiyasının sədri Jerar Şenel (Gerard Chesnel) “resmixeber.az”un yerli bürosuna bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Ermənistanın işğalından azad etdiyi ərazilərində minaların sayı həddindən artıq çoxdur:

“Minalar bir-birinə çox yaxın yerləşdirilib ki, bunu hərbi nöqteyi-nəzərdən izah etmək çətindir. Hər bir halda beynəlxalq hüquq qaydalarına əsasən, məğlub olmuş ölkə özü tərk etdiyi əraziləri minalardan təmizləməlidir. Lakin Ermənistan beynəlxalq hüququn qanunlarına riayət etməyib”.

J.Şenel Azərbaycanda minalarla iş üzrə güclü mütəxəssislərin olduğunu bildirib:

“Bu gün Azərbaycan özü bu əraziləri minalardan təmizləmək məcburiyyətindədir və bunun üçün intensiv işlər aparır. Azərbaycanda bu işin öhdəsindən gəlmək üçün kifayət qədər səriştəli mütəxəssislər var və onlar yüksək peşəkarlıq nümayiş etdirirlər”.

Komissiya sədri qeyd edib ki, bu məsələdə xarici ölkələr tərəfindən Azərbaycana kömək olunmalıdır.

“Təəssüflə bildirmək lazımdır ki, azad olunmuş ərazilərdə ermənilər tərəfindən basdırılmış minalar səbəbindən insanlar zərər çəkirlər. Günahsız mülki şəxslər minalara düşərək həlak, yaxud şikəst olurlar. Bu işdə Azərbaycana maddi yardım, habelə şikəst olmuş insanların müalicəsi üçün xüsusi lazımi avadanlıqlarla dəstək olunmalıdır. Bizim komissiya Azərbaycana yardım göstərəcək”, – o vurğulayıb.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir