Meksikanın qərbindəki Sinaloa ştatında körpənin cinsiyyətinin elan edilməsi üçün keçirilən mərasim zamanı yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Təşkilatçıların planına əsasən, təyyarə qonaqların üzərindən uçmalı və çəhrayı, ya da mavi tüstü buraxmalı idi. Uçuş zamanı təyyarə çəhrayı tüstü (uşağın qız olması deməkdir) buraxıb və sonra hündürlüyünü itirməyə başlayıb.
Pilot təyyarəni qarşısına çıxan ağaclardan uzaqlaşdırmağa çalışsa da, manevr nəticəsində təyyarə yerə düşərək parçalanıb.
Mərasim iştirakçıları dərhal xilasedicilər çağırıblar. Ağır yaralanan 38 yaşlı pilot xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Mənbə: TASS
www.RESMIXEBER.az