Qabonda keçid dövrünün rəhbəri prezident kimi and içdi – VİDEO

Dünya


General Bris Oliqi Nguema Qabonun keçid dövrünün prezidenti kimi and içib.

Mediada bununla bağlı kadrlar yayılıb.

Mərasim Qabonun paytaxtı Librevildəki prezident sarayında yüksəkrütbəli hərbçilərin və rəsmilərin iştirakı ilə keçirilib.

Xatırladaq ki, avqustun 30-da səhər saatlarında Qabonun yüksəkrütbəli hərbçiləri hakimiyyətə gəldiklərini elan ediblər. Bu, hazırkı prezident Əli Bonqo Ondimbanın qalib gəldiyi seçkilərdən sonra baş verib. Ondimbanın özü ev dustaqlığındadır, oğlu isə dövlətə xəyanət ittihamı ilə həbs edilib. Çevriliş günü hərbçilər ölkədə sərhədlərin bağlandığını elan etsələr də, sentyabrın 2-də onlar açılıb.

General Bris Kloter Oligi Nguema Qabonun yeni başçısı təyin edilib.

Mənbə: RG.RU

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir