Kornel Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, xroniki yorğunluq sindromunun səbəbi virus ola bilər.
Xroniki yorğunluq sindromu uzun müddətli yorğunluq və digər təzahürlərlə xarakterizə olunan patoloji vəziyyətdir. Xəstəliyin əlamətləri şiddətli ola və insana normal gündəlik fəaliyyətlərini həyata keçirməkdə əngəl törədə bilər. Üstəlik, belə yorğunluq istirahətdən sonra da davam edir.
Belə vəziyyət aylarla, illərlə uzana, simptomlar bir müddət yox ola, lakin yenidən qayıda bilər.
Mütəxəssislər qeyd ediblər ki, sindrom tez-tez virus infeksiyalarından sonra baş qaldırır. Onların fərziyyələrinə görə, RNT virusları qrupu olan enteroviruslar bu xəstəliyi təhrik edir. Epşteyn-Barr virusu və digər herpes virusları ən çox yayılmış viruslar arasındadır. Bununla belə, mitoxondriya, aşağı tiroid hormon səviyyələri və çoxsaylı genetik variantlar da daxil olmaqla digər mümkün mexanizmlər də nəzərə alınmalıdır.
Gələcək işlərdə müəlliflər təklif olunan fərziyyəni sınaqdan keçirməyi planlaşdırırlar. Bu, sindromun müalicəsini yaratmağa kömək edəcək.
Mənbə: gazeta.ru
www.RESMIXEBER.az