Çin Türkiyəni BRİKS-də görmək istəyir

Dünya


Çinin Ankaradakı səfiri Liu Şaobin ölkəsinin Türkiyənin BRİKS-ə qoşulmasını istədiyini bildirib.

Diplomat qeyd edib ki, BRİKS-in genişlənməsi prosesi Çin Xalq Respublikasının sədrliyi dövründə başlayıb.

Liu Şaobin 20-dən çox ölkənin BRİKS-ə üzv olmaq üçün müraciət etdiyinə və altı dövlətin təşkilata qəbul edildiyinə diqqət çəkib. O əlavə edib ki, assosiasiyanın genişlənməsi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənib.

“Bu, tarixi bir başlanğıcdır. Çin olaraq Türkiyənin də BRİKS-ə qoşulmasını istəyirik. Gəlin Ukrayna və Afrikada birgə işləyək. Biz inkişaf etməkdə olan ölkələrlə birlikdə inkişaf edəcəyik. Biz birlikdə böyüyəcəyik. BRİKS-in genişlənməsi bir çox ölkələrə inam verdi, onların arasında həmrəylik hissini gücləndirdi. Bu, beynəlxalq ədalət üçün də vacibdir”, – diplomat bəyan edib.

Xatırladaq ki, BRİKS Klubu rəsmi olaraq 2006-cı ildə yaradılıb və əvvəlcə Braziliya, Rusiya, Hindistan və Çindən ibarət olub. 2010-cu ildə Cənubi Afrika da birliyə qoşulub.

22-24 avqust tarixlərində Yohannesburqda keçirilən BRİKS sammitində qərara alınıb ki, 2024-cü il yanvarın 1-dən klubun tərkibinə Argentina, İran, Efiopiya, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil edilsin. Müvafiq dəvət bu ölkələrin rəhbərliklərinə göndərilib.

Mənbə: Aydınlık

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir