Türkiyəli çoban ölkənin Siirt vilayətinin Meydandərə kəndinin ərazisində meydana gələn zəlzələni anbaan telefonu ilə qeydə alıb.
Görüntülərdə zəlzələ nəticəsində dağ yamaclarından qopan qaya parçalarının ətrafı toz-dumana bürüdüyü əks olunub.
Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) bu gün Siirt bölgəsində episentri 3,9 bal gücündə olan zəlzələnin qeydə alındığı barədə məlumat verib.
Mənbə: İHA
www.RESMIXEBER.az