Hikmət Hacıyev: “Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək”

Siyasət


“Azərbaycan öz ərazisində hər hansı bir boz zonanın olmasını qəbul etməyəcək”.

“resmixeber.az”un Ağdama ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycanla razılaşdırmadan populizm məqsədilə müxtəlif yük maşınlarını Azərbaycan sərhədinə – “Laçın” sərhəd-buraxılış məntəqəsinə gətirib:

“Dünən də bəzi erməni lobbisinin tərəfdarı və təsiri altında olan Avropanın korrupsioner siyasətçiləri də bu teatr xarakteri daşıyan dramanın tərkib hissəsi olaraq Azərbaycan sərhədinə doğru gəliblər. Bu kimi addımların heç bir mənası yoxdur. Bu kimi şou xarakterli addımlardansa, real məsələləri yerində həll etmək lazımdır. Azərbaycan öz ərazisində hansısa bir boz zonanın olmasını qəbul etməyəcək. Kimlərsə düşünürlər ki, onlar mövcud şəraiti olduğu kimi davam etdirəcəklər və bu separatist statusunda yaşamaqda davam edərək və bu qeyri-qanuni rejimin mövcudluğunu təmin edəcəklər bu, baş verməyəcəkdir.

Azərbaycan heç bir halda buna dözməyəcək. Onların da bu yalançı humanitar şoularının əsas məqsədi ondan ibarətdir ki, əsl niyyətlərini və xislətini gizlətsinlər. Əsl niyyət isə Ermənistanın vaxtilə Azərbaycanın işğal altında olan ərazilərində yaratdığı qondarma qanunsuz rejimin mövcudluğunun yaşamasını təmin etməkdir və bu məqsədlə də müxtəlif bəhanələrdən istifadə edirlər”.

“Beynəlxalq ictimaiyyətin nümayəndələri də, Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpus nümayəndələri də öz gözləri ilə bir daha görürlər ki, burada yalançı təbliğat siyasəti aparılır. Təəssüflər ki, bəzi Qərb medialarında da yalan faktlar verilir, mövcud vəziyyətə başqa bir don geyindirmək cəhdləri edilir. Bu prosesdə bəzi korrupsioner Qərb siyasətçiləri öz rollarını oynamaqdadırlar və onlar tərəfindən separatizmə dəstək verilməsi, separatçıların də “yaxşı” və “pis separatçı”lara bölünməsi tendensiyalarını görürük ki, bunlar da qəbuledilməzdir.

Ağdam-Xankəndi yolunun açılması, bu yolun mövcudluğu və funksionallığı müvafiq beynəlxalq bəyanatlarda öz əksini tapıb. Ermənistanın öz rəhbərliyi də Brüssel görüşlərdə bu yolun mövcudluğunu və istifadəsinin mümkünlüyü qəbul etmişdi. Lakin sonrakı addımlarda bunu inkar etdilər. Bu prosesin növbəti tərkib hissəsi kimi növbəti günlərdə, 24 saat ərzində, yəni müəyyən şərti vaxtlar çərçivəsində Laçın yolunun da açılması təmin oluna bilər. Laçın yolunun açılmasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi faktoru çox vacibdir. Eyni zamanda, Azərbaycan Respublikasının qanunları və bu xüsusda sərhəd-nəzarət və sərhəd təhlükəsizliyi ilə əlaqədar olan müvafiq qanunlara, həmçinin gömrük rejimi qaydalarına tam şəkildə riayət etməklə bunlar təmin olunmalıdır. Kim düşünürsə ki, bu yollarla qanunsuz silah daşınması həyata keçiriləcək, artıq bu era bitib”, – H.Hacıyev əlavə edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir