Braziliyada motosiklet yarışında iki pilotun öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı – FOTO/VİDEO

Dünya


Braziliyada motosiklet yarışlarında toqquşma nəticəsində iki pilotun həlak olduğu dəhşətli qəzanın görüntüləri yayılıb.

Faciə Braziliyanın Kaskavel şəhərindəki beynəlxalq avtodromda keçirilən “Moto1000GP” yarışı zamanı baş verib.

Pilot Eriko Verissimo da Roşi naməlum səbəblərdən trasın düz ortasında yıxılan 42 yaşlı Andre Verissimo Kardosonu görməyib və motosikleti tam sürətlə ona doğru sürüb.

Güclü toqquşma nəticəsində Kardoso aldığı xəsarətlərdən dünyasını dəyişib. Da Roşi təcili olaraq xəstəxanaya yerləşdirilsə də, daha sonra əməliyyat zamanı ürəyi dayanıb və onun da həyatını xilas etmək mümkün olmayıb.  

Mənbə: LİFE.ru

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir