Bakıda iki piyadanın vurulması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hadisə anının görüntülərini yayıb.
Kadrlara əsasən, qəza avqust ayının 29-da, axşam saatlarında Bakının Yasamal rayonu, Mətbuat prospekti istiqamətində qeydə alınıb.
Belə ki, magistral yolun aktiv hərəkət hissəsində piyada keçidindən yolu keçmək istəyən iki nəfəri maşın vurub.
Qəzanın görüntülərini təqdim edirik:
www.RESMIXEBER.az