Həsən və Mehdi Həsənli qardaşlarının dəstəyə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onların anası Nərmin Həsənli məlumat verib.
O bildirib ki, övladları anadangəlmə miopatiya (əzələ xəstəliyi olub, əzələ zəifliyi ilə müşahidə olunur) xəstəliyi ilə dünyaya gəlib.
“Hüseynin 14, Mehdinin isə 8 yaşı var. Onlar anadangəlmə miopatiya xəstəliyindən əziyyət çəkirlər. Əzələlərində problem olduğu üçün, kömək olmadan yeriyə bilmirlər. Uşaqların hissiyyatlarının tam ölüb əlil arabasına məhkum olmamaları üçün müalicəyə və “G8” (vibromasaj) aparatına ehtiyacımız var. Uşaqların müalicəsi üçün 1 000, aparatı almaq üçün isə 1 400 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”
Qeyd edək ki, TƏBİB ailə ilə əlaqə saxlayaraq, Bakı şəhəri və bölgələr üzrə TƏBİB tabeli tibb müəssisələrinə müraciət edib fizioterapiya xidmətlərindən yaralana biləcəyi bildirilib. Həmçinin hər hansı tibbi prosedur aparatının Xidmətlər Zərfində təminata alınmadığı bildirilib.
Ailə ilə əlaqə: (055) 802-84-21
www.RESMIXEBER.az

