Politoloq: “Azərbaycan yəhudilər üçün həmişə tolerant ölkə olub”

Siyasət


“Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən onunla İsrail arasında dostluq münasibətləri formalaşıb və tolerant ölkə kimi burada yəhudilərə qarşı həmişə yaxşı münasibət olub”.

Bunu “resmixeber.az”a açıqlamasında siyasi elmlər namizədi, millətlərarası dini münasibətlər üzrə ekspert Moisey Bekker deyib.

“Azərbaycanın müsəlman dövləti olduğunu unutmaq olmaz. Bu, İsrail üçün çox vacib amildir”, – deyə ekspert vurğulayıb.

M.Bekker bildirib ki, bu iki ölkə müsəlman və yəhudi dövlətlərinin tam sakit yanaşı yaşamasına və qarşılıqlı faydalı münasibətlərə malik olmasına nümunədir: “Qafqazda yəhudilərin irsinin qorunub saxlanmasına dair bugünkü konfrans yeni ümumi dünyagörüşünün formalaşması baxımından çox vacibdir”.

Ekspertin sözlərinə görə, bu konfrans mühüm mövzular və dəyərlər haqqında danışan alimləri bir araya toplayıb. Bütün bunlar iki xalqın və iki dinin daha da yaxınlaşmasına töhfə verəcək:

“İsraildə də “Azərbaycan dili və mədəniyyəti mərkəzi” açılacaq ki, bu da hər iki ölkənin mövqelərini gücləndirəcək”.

Bu səbəbdən də, ekspertin fikrincə, bu tipli konfransın Bakıda keçirilməsi ikitərəfli münasibətlərin genişlənməsi üçün əlamətdar hadisədir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir