Paytaxtda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb – FOTO/VİDEO

Siyasət


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Suraxanı rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlayıb.

Bu barədə agentlik məlumat yayıb.

Məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirilir.

Suraxanı rayonunda keçirilən nəzarət tədbirləri nəticəsində Hövsan qəsəbəsi, Dənizkənarı küçəsində fəaliyyət göstərən marketdə sudan qanunsuz istifadə faktı müəyyən edilib. Obyektin içməli su təchizatı sisteminə baxış keçirilərkən uçotdan yayınma halı aşkar edilib. Belə ki, sahibkar texniki şərt almadan əhali qrupu abonenti üçün çəkilmiş su xəttindən istifadə edib. Sudan qanunsuz istifadə ilə bağlı oxşar vəziyyətə həmin küçədə yerləşən bir neçə obyektdə – “Oba market” və ərzaq məhsullarının satışı ilə məşğul olan digər obyektdə də rast gəlinib. Həyata keçirilən nəzarət tədbirləri zamanı Zığ şosesində “Qum bazarı” kimi fəaliyyət göstərən obyektin də sudan qanunsuz istifadə etdiyi müəyyən edilib. Aşkar edilmiş bütün qeyri-qanuni birləşmələri əraziyə cəlb edilmiş qəza briqadası kəsərək ləğv edib.

“İçməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq”, – deyə agentlik bəyan edib.

Bu ilin yanvar-iyul aylarında “Azərsu” ASC üzrə 10 783, Suraxanı rayonunda isə 400 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-ə yaxın fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir