Bu gün 1 939 ibtidai sinif müəllimi sertifikasiya imtahanı verib

Cəmiyyət


“Bu il 40 mindən çox müəllimin sertifikasiya imtahanında iştirakını təmin edəcəyik”.

“resmixeber.az” xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, ötən il keçirilən sertifikatlaşdırma prosesində uğur qazanmayan ibtidai sinif müəllimləri üçün bu gün imtahan keçirilib:

“Bugünkü imtahanda 1 939 müəllim iştirak edib. Yaşı 60-dan aşağı olan müəllimlərin bu gün keçirilən imtahanda davamiyyəti 93% təşkil edib”.

Mərkəz direktoru əlavə edib ki, imtahanın nəticələri namizədlərin şəxsi kabinetlərinə göndərilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir