Nigeriyanın “Azadlıq və Ləyaqət Uğrunda Hərəkat” birliyinin üzvləri Fransanın Niameydəki hərbi bazası qarşısında ölkə qoşunlarının ərazidən tamamilə çıxarılması tələbi ilə aksiya təşkil ediblər.
“Biz bu gün burada, Fransanın Niameydəki hərbi bazasının qarşısına toplaşaraq, yeni müstəmləkəçi Fransa ordusunun ölkəmizdən qəti və qeyd-şərtsiz çıxarılmasını tələb edirik”, – deyə hərəkatın rəhbəri Mustafa Bulamin bildirib.
Etirazçıların liderinin sözlərinə görə, Niger Parislə bütün hərbi əlaqələrini kəsib, ona görə də Fransa ordusunun kontingentini ölkədə saxlamağa əsası yoxdur. Bu əsasda “Azadlıq və Ləyaqət Hərəkatı” Fransa Prezidenti Emmanuel Makronu sağlam düşüncə nümayiş etdirməyə çağırıb.
Xatırladaq ki, iyulun 26-da Nigerdə hərbi çevriliş baş verib. Üsyançılar başçı Məhəmməd Bazumu deviriblər.
Mənbə: life.ru
www.RESMIXEBER.az