Dövlət Turizm Agentliyinin dəstəyi ilə Türkiyənin “TV8” kanalı “MasterChef Türkiye” kulinariya yarışının növbəti buraxılışını Azərbaycana həsr edib.
“resmixeber.az” agentliyə istinadən xəbər verir ki, Dağüstü Park ərazisində Bakı şəhərinin mənzərəsi fonunda çəkilmiş buraxılışda komandalar Azərbaycanın milli kulinariya nümunələrini hazırlayıblar.
Proqramda Azərbaycan təamları, onların hazırlanma texnikalarından bəhs edilir, həmçinin, veriliş çərçivəsində Bakının, eləcə də Qarabağın füsunkar mənzərələrindən kadrlar təqdim olunur.
“MasterChef Türkiye”nin Azərbaycan buraxılışı bu gün Bakı vaxtı ilə saat 21:00-da “TV8”də yayımlanacaq.
www.RESMIXEBER.az