Şirvan sakini binadan yıxılaraq ağır xəsarət alıb

Cəmiyyət


Şirvan sakini yaşadığı binadan yıxılaraq ağır xəsarət alıb

APA-nın məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb.

Şəhər sakini, 1991-ci il təvəllüdlü Səlimov Şabran Vasif oğlu ehtiyatsızlıqdan yaşadığı binanın üçüncü mərtəbəsindən yıxılıb. Kəllə-beyin travması alan Ş.Səlimov Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az