İrəvanda kvir aktivistlərə hücum olub

Dünya


Ermənistanın paytaxtı İrəvanda bir qrup şəxs ötən gün öldürülən transgender qadın Adriananın xatirəsini anmaq məqsədi ilə toplaşan erməni kvir aktivistlərin küçə toplantısına hücum edib.

“Bir qrup homofob bizə daş atmağa başladı və polislər sadəcə olaraq buna baxıb heç bir tədbir görmədilər. Bildiyimə görə, heç kim xəsarət almayıb”, – aksiyaya qatılmış şəxslərdən biri deyib.

Sonradan məlum olub ki, hücum nəticəsində bir neçə nəfər yaralanıb, onların əksəriyyəti yüngül xəsarət alıb, bir fəalın qolu sınıb.

Xatırladaq ki, ötən gün İrəvanda 28 yaşlı Adriana öz mənzilində öldürülüb.

Qətldən sonra mənzil yandırılıb. Yerli hüquq müdafiəçisi Lilit Martirosyanın sözlərinə görə, olaydan bir həftə öncə Adriana təqiblərdən gileylənib. Hadisə ilə əlaqədar bir nəfər saxlanılıb.

Mənbə: DOXA

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir