Bakıda avtomobil qadını vuraraq öldürdü

Cəmiyyət


Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, qəza Mikayıl Əliyev küçəsində qeydə alınıb. Belə ki, idarəetməni itirən “Kia” markalı avtomobilin sürücüsü yolun əks tərəfinə keçmək istəyən 1960-cı il təvəllüdlü Natalya Armı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. “Kia” markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil cərimə meydançasına aparılıb.

Meyit morqa yerləşdirilib. Fakt üzrə araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir