Ukraynada rusiyalı generalın əmlaklarına həbs qoyuldu – FOTO

Dünya


Ukrayna Təhlükəsizlik Xidməti Poltava vilayətində rusiyalı general-polkovnik Valeriy Kapaşinin bir milyard qrivnadan (27 min dollardan çox – red.) çox əmlakına həbs qoyub.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Valeriy Kapaşin Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi yanında kimyəvi silahların təhlükəsiz saxlanması və məhv edilməsi üzrə federal idarənin rəhbəridir.

Generalın həbs qoyulan aktivləri arasına 20-dən çox kommersiya obyekti, 3 min kvadratmetrdən çox daşınmaz əmlak, Poltava vilayəti ərazisində 17 torpaq sahəsi, Kapaşinin ailəsinin evi, premium səviyyəli hotellər və restoranlar, ümumi sahəsi təxminən 30 min kvadratmetr olan ofis və ticarət-əyləncə mərkəzləri daxildir.

Generalın həbs qoyulan var-dövləti onun qızı və kürəkəninin adına rəsmiləşdirilib. Onlar isə genişmiqyaslı müharibədən əvvəl Ukraynada yaşayıblar, daha sonra Rusiyaya gedərək vətəndaşlıq alıblar.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Valeriy Kapaşin Moskvada korrupsiya sövdələşmələrindən əldə etdiyi pulların yuyulması üçün qohumlarından istifadə edib. Bundan əlavə, hərbçilərin qohumları qondarma ailə biznesindən əldə olunan gəlirləri Rusiya Federasiyası və işğal olunmuş Donbasdakı “investisiya” layihələrinin maliyyələşdirilməsinə sərf ediblər. Gələcəkdə bu vəsaitin bir hissəsi vergi və rüsumların ödənilməsi yolu ilə Rusiya Federasiyasının büdcəsinə yönəldilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Kapaşinlər ailəsinə məxsus ofis və yaşayış binalarının ünvanlarında aparılan axtarışlar zamanı rus nümunəli hərbi forma, qadağan edilmiş sovet simvolları və təbliğat ədəbiyyatı, suvenirlər və Kapaşinə Kremldə təqdim olunan mükafatlar aşkarlayıblar.

Ukrayna Təhlükəsizlik Xidməti məsələ ilə bağlı eyni zamanda bir neçə maddə ilə cinayət işi açıb.

Mənbə: ZN.ua

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir