“Ermənistan tarixdən dərs çıxara bilsəydi, Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməzdi” – RƏY + FOTO

Siyasət


“Əgər ermənilər tarixdən dərs çıxara bilsəydilər, o zaman SSRİ-nin süqutundan əvvəl və sonra Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməz, işğala yol verməz, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı və digər müharibə cinayətlərini həyata keçirməzdilər”.

Bunu “resmixeber.az”a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, son vaxtlar separatçılarla Rusiya sülhməramlıları arasında münasibətlərin gərginləşməsi, sülhməramlılara qarşı separatçıların aqressivliyi müşahidə edilir:

“Ötən həftə erməni diasporu Laçın yolu ətrafında cərəyan edən hadisələri BMT Təhlükəsizlik Şurasında (TŞ) müzakirəyə çıxararaq Azərbaycan əleyhinə sənəd qəbul edilməsinə cəhd göstərdilər. Bunlar göstərir ki, separatçılar Qərbi Qarabağla bağlı proseslərə daha çox müdaxilə etmək istəyirlər. Amma reallıq var ki, Azərbaycan Qərblə güclü iqtisadi əlaqələrə malikdir, Avropa ittifaqının əsas neft-qaz ixracatçılarından biridir. Belə olan təqdirdə Qərbin Azərbaycanı tamamilə qarşısına almaq istəyəcəyi isə real görünmür. Yəni ermənilərin bütün addımları uğursuzluğa məhkumdur. Belə olan təqdirdə, xüsusilə BMT Təhlükəsizlik Şurasındakı məğlubiyyətlərindən dərs çıxarıb-çıxarmayacaqları, sülh müqaviləsinə münasibətlərinin dəyişib-dəyişməyəcəkləri isə hazırda əsas maraq doğuran məqamlardandır”.

Elçin Mirzəbəyli hesab edir ki, erməniləri hərəkət etdirən şüur yox, ultra-millətçi ideyalarla dolu reflekslərdir:

“Ermənilər bu torpaqlara tarixin müxtəlif dövrlərində fitnə-fəsad yaymaq məqsədilə köçürülüblər və indi də ənənəvi missiyalarını yerinə yetirirlər. Ermənilərdən məntiqi izahı olan davranış, sabit mövqe gözləməyə dəyməz. Cənubi Qafqaz və ətraf subregionda yaşayan xalqlar arasında tarixin müxtəlif dövrlərində qarşıdurmalar olsa da, onlar heç vaxt bir-birilərinə qarşı soyqırımı cinayətləri törətməyiblər, bir-birilərinin mədəni və tarixi abidələrini dağıtmayıblar və barış körpülərini yandırmayıblar. Çünki yaxşı başa düşüblər ki, qarşıdurmalar, müharibələr günün birində başa çatacaq və onlar yenə də yanaşı yaşamalı olacaqlar. Bu xüsusda ermənilər istisnadır. Çünki fərqli iddialarla çıxış etsələr də, genetik kodları bu torpaqların onlara məxsus olmadığını diqtə edir. Əks təqdirdə, 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan ərazilərini misli görünməmiş dağıntılara məruz qoymazdılar”.

Siyasi şərhçi vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasındakı növbəti fiasko Ermənistanın və himayəçilərinin manevrlərini xeyli zəiflətdi:

“Amma bu, o demək deyil ki, rəsmi İrəvan və dəstəkçiləri tez bir zamanda öz iddialarından əl çəkəcək, təxribatlarına fasilə verəcəklər. Ermənistanın son iddiası, guya Azərbaycan tərəfindən Sünik hava limanının damına atəş açılması da sübuta yetirir ki, məqsəd indi də sərhəd müstəvisində ölkəmizə qarşı cəbhə açmaqdan ibarətdir. Çox güman ki, sərhəddə növbəti qarşıdurma yaratmaqla, daha öncə olduğu kimi yenidən məsələni Azərbaycan-Ermənistan qarşıdurması kontekstindən beynəlxalq müzakirəyə çıxarmaq istəyəcəklər. İndiki vəziyyətdə nəzərəçarpan mənzərə ondan ibarətdir ki, Fransa və digər qüvvələr nəyin bahasına olursa-olsun bölgədəki gərginliyi qoruyub saxlamaq, sülh prosesini mümkün qədər uzatmaq niyyətindədirlər. Onlar yenə də öz maraqlarına uyğun hansısa mücərrəd geosiyasi vəziyyətin yarana biləcəyinə ümid bəsləyirlər. Amma reallıq ondan ibarətdir ki, Azərbaycanın bu günə qədər yürütdüyü siyasət ölkəmizi elə bir strateji nöqtəyə çevirib ki, bu reallığı yaxın 20-30 ildə və bəlkə də, ümumiyyətlə, dəyişmək mümkün olmayacaq”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir