Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov vəzifəsindən azad edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.
Nazirin digər əmri ilə onun yerinə polkovnik-leytenant Mircavad Seyidov təyin edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Hikmət Abbasov da vəzifəsindən azad edilib.
www.RESMIXEBER.az