Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin müddətini daha 90 gün uzadıb.
Bununla əlaqədar Ukrayna lideri fərman imzalayıb.
Fərmanda, həmçinin qeyd olunur ki, hərbi vəziyyətdən əlavə, Ukraynada ümumi səfərbərliyin müddəti də 90 gün uzadılır.
Xatırladaq ki, bu, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsindən sonra hərbi vəziyyət və səfərbərliklə əlaqədar imzalanan səkkizinci analoji fərmandır.
Mənbə: Rbc.ua
www.RESMIXEBER.az