Azərbaycanda 2,5 tondan çox çətənə kolu aşkarlandı – FOTO

Kriminal


Laçında yabanı halda bitən çətənə kolları aşkarlandı.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonunun Şeylanlı kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib.

Yabanı halda bitən, ümumi çəkisi 2 ton 620 kiloqram olan 8 400 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir