Güneyli jurnalist azadlığa çıxdıqdan bir gün sonra yenidən həbs edildi – FOTO

Dünya


Güney azərbaycanlı jurnalist Nazilə Mərufian azadlığa buraxıldıqdan bir gün sonra yenidən həbs olunub.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. 

Onun hicabsız foto çəkdirərək azadlığa çıxması barədə sosial mediada məlumat verməsi səbəbi ilə saxlanıldığı ehtimal edilir.

Qeyd edək ki, jurnalistin ilk həbsi “Qadın, həyat, azadlıq” şüarı altında xalq etirazları zamanı öldürülən Məhsa Əmininin atası ilə reportaj hazırlayıb dərc etməsinə görə olub.

İkinci dəfə isə o, “rejim əleyhinə təbliğat aparmaq”da ittiham edilib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir