Əlilliyi Zəhranın xoşbəxtliyinə maneə olmadı – VİDEO

Cəmiyyət


Baku TV-nin efirində yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki buraxılışının qonağı qayğıya ehtiyacı olan uşaqlara dəstəyi ilə tanınan fotoqraf Səyyad Sərdarlı olub.

20-dən çox azyaşlının ehtiyaclarını qarşılayaraq onlara dəstək olan fotoqrafın ən çox görüşdüyü uşaq isə 13 yaşlı fiziki məhdudiyyətli Zəhradır. Hazırda nənəsinin himayəsində yaşayan Zəhra hər iki valideynini itirib:

“Atamı xaricdə vurdular, qara xəbəri gəldi. Anamın da beyninə qan sızıb öldü”. Zəhranın “ata” deyə səsləndiyi Səyyad bəy bu işə necə başlamasından bəhs edib: “İlk dəfə Zəhra ilə tanış olmuşdum. Sosial şəbəkələrdə onunla paylaşımlar edirdim. Bir müddət sonra dostlarımla birlikdə başqa uşaqlara da kömək etməyə başladım”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir